Ölkə

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin ailəsinin aparıcı Xoşqədəm Hidayətqızı və “ARB Media Qrup”a qarşı iddiası təmin olunub. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az unikal-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil Xankişiyevlər ailəsinin müvəqqəti təminat tədbiri tələbini təmin edib iddiasını təmin edib.

Belə ki, Xankişiyev Vasif Vaqif oğlu ərizə ilə məhkəməyə müraciət edərək 11 yaşlı oğlu Xankişiyev Rasim Vasif oğlunun axtarışı və barəsində əvvəlki qaydada müəyyən müzakirələrin aparılması, habelə efirdən foto şəkillərinin təqdim olunması işinin “Arb Media Qrup”a və həmin media subyektində “Səni Axtarıram” tok-şousu və telelahiyəsinin aparıcısı kimi fəaliyyət göstərən Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsini tələb edib.

İddia ərizəsində qeyd olunur ki, Rasimin tapılacağı vədini yerinə yetirə bilməyəcəyini görən Xoşqədəm Hidayətqızı Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb. 

“X.Hidayətqızı “Rasimin axtarışını” ənənəvi şou predimetinə çevirmiş, izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldatmış, Rasimin aqibətini diqqət mərkəzində saxlayan hər kəsin duyğularını mənəviyyatsızcasına istismar etmişdir”, – deyə iddia ərizəsində qeyd olunur. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button