Ölkə
Məktəbli qız uşağının döyülmə görüntüləri yayıldı – Araşdırma başladı
Azərbaycanda məktəbli qız uşağının döyülməsi ilə bağlı görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, yayılan görüntülər nəzarətə götürülüb.
Hazırda araşdırma aparılır.
Aysel Əkbər
Milli.Az