Ölkə

Məmmədbağır Bağırzadənin nəvəsi ilk dəfə efirə çıxdı – VİDEO

Xalq artisti Məmmədbağır Bağırzadənin nəvəsi 16 yaşlı Məmmədbağır ilk dəfə efirə çıxıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki,  sənətkarın nəvəsi “Xəzər axşamı” proqramına müsahibə verib. 

Məmmədbağır babası ilə xatirələrini bu sözlərlə dilə gətirib: 

“İlk olaraq öz istəyimlə bu işə başladım. Zaman-zaman artıq babamın adı çəkiləndə üzərimə bir məsuliyyətin düşdüyünü hiss edirdim. Həm istək, həm də məsuliyyət bir arada musiqini davam etdirməyi qərar aldım. Bu gün də bu istiqamətdə irəliləyirəm. Həm babamın adını yaşatmaq üçün, həm də öz arzu və xəyallarıma çatmaq üçün musiqi təhsilində ən yaxşı yerə çatmaq istəyirəm.

Babam yaşadığı müddət adını Azərbaycan musiqisinə yazdırdı. Mən də onun adını daşıdığım üçün bütün məsuliyyət mənim üzərimdədir. İmtahanlarıma xüsusi diqqət yetirirəm ki, yaxşı nəticə alım. Hər zaman da mənə babamı misal olaraq gətirirlər.

Məmmədbağır Bağırzadənin nəvəsiyəm deməyi sevmirəm, çünki mənə görə insan özünə görə ad və hörmət qazanmalıdır. Amma istər-istəməz insanlar məni tanıyır. Təbii ki, onların mənə göstərdiyi münasibət mənə çox xoşdur. Babamın mahnılarını pianoda ifa etməyi çalışıram.

Onun ən xoşladığım mahnı “Azərbaycan oğluyam”dır”. 

Qeyd edək ki, M.Bağırzadə 30 oktyabr 2005-ci ildə Bakıda vəfat edib. Sənətkar Nardaran qəbiristanlığında dəfn edilib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button