Mənim də atam səfir olsa, “Dünya gözəli” seçilərdim
Xəbər verdiyimiz kimi, 24 yaş İdil Bilgen “Miss Türkiyə 2024″ün qalibi olub.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, Türkiyənin Ukraynada səfiri olan Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxan İdil tənqid atəşinə tuş gəlib. O, müsabiqədə birinciliyə layiq olmaması və atasının vəzifəsinə görə yarışda qalib gəlməsi ilə bağlı izləyicilərin saysız-hesabsız iradlarını görməmək üçün hesabında şərhləri bağlayıb.
Onun bu hərəkətinə müğənni Demet Akalın da münasibət bildirib:
“Bəlkə tacı geri vermək istəyər, ya da vətəndaşlar arasında səsvermə keçirilər. Qız bütün şərhləri də bağlayıb. Birinci olmağı çox istəyirmiş. Əzizim, sən istəyirsən, amma müsabiqə gözəllik yarışmasıdır, ayrıseçkilik deyil. Mənim də atam səfir olsa, “Dünya gözəli” seçilərdim”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun