Mədəniyyət

“Mənim düşüncəm” adlı respublika yaradıcılıq müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV İli” çərçivəsində gənc nəsildə  kreativ düşüncənin  inkişafına xidmət məqsədi ilə  ənənəvi   “Mənim düşüncəm”   adlı respublika yaradıcılıq müsabiqəsi elan olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

9-21 yaş arası   yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il  oktyabr ayının 5 -dək əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin  soyadı, adı ,təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected]  ünvanına göndərməklə müsabiqəyə qatıla bilər.  

  • Seçimdə  fərqli  fikir və kreativ  düşüncəli yaradıcılıq nümunələrinə üstünlük veriləcək.
  •  Müsabiqəyə   təsvir və tətbiqi sənət nümunəsi ilə yanaşı, bir texnologiya ilə də qatılmaq olar.
  • Təkrar olmayan , müdaxilə  olunmamış  (müəllim, valideyn,.. ) və əvvəlcə sərgilənməmiş  əsərlərə üstünlük veriəcək.
  • Seçim  müəliflərin yaşı nəzərə alınmaqla aparılacaq.
  • Mövzu,ölçü və texnika sərbəstdir.
  • Əsərlər  tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən coxu 2 əsər göndərilməlidir.
  • Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)təşəkkürnamə ilə təltif olunacaq.
  • Əlavə suallar üçün 051-310-74 01 telefon və ya whatsapp

     ünvanına müraciət etmək olar.

Müsabiqənin  sərgisi Xətai Sənət Mərkəzində Keçiriləcək.   

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

      


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button