Ölkə

Mərkəzi Bankdan “Bank Melli İran”ın Bakı filialının bağlanması riski ilə bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Melli İran”ın Bakı filialının bağlanması üçün risk görmür.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Bank Melli İran”ın maliyyə göstəriciləri yetərincə yüksəkdir, likvidlik də yüksək səviyyədədir.

“Düşünürük ki, bütün banklar öz fəaliyyətlərini Azərbaycan qanunvericiliyinə, habelə Mərkəzi Bankın müəyyən etdiyi tələblərə uyğun olaraq həyata keçirməlidir”, – deyə o qeyd edib.

Bundan əvvəl T.Kazımov bildirib ki, bu gün Azərbaycanın maliyyə sektorunda hər hansı bankın bağlanması üçün risk müşahidə olunmur və Mərkəzi Bank ilk növbədə maliyyə bazarının sabitliyinin təmin edilməsini hədəfləyir.

“İstənilən maliyyə əməliyyatı, banklar, sığorta, investisiya şirkətləri Mərkəzi Bankın tələblərinə cavab verirsə və stabil maliyyə fəaliyyəti göstərirsə, düşünürəm ki, bağlanma ehtimalı ilə əlaqədar problem və risklərlə üzləşməzlər”, – o deyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button