Ölkə

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

Məzahir Pənahovun sədrliyi ilə iyulun 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iyulun 12-də keçirilmiş iclasının protokolunun təsdiqlənməsi, sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair, Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Müasir Müsavat Partiyasının, Milli Məclisə növbədənkənar seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının müraciətlərinə baxılması, növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin, həmçinin Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı məsələlər daxildir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button