Məryəm Üzərli bu halda ailə quracağını açıqladı
Məşhur aktrisa Məryəm Üzərli şəxsi həyatı ilə bağlı açıqlama verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa 2 ildir həyatında heç kimin olmadığını, lakin tələblərinə cavab verə bilən biri olduqda ailə quracağını söyləyib:
“Ürəyim tamamilə ailəm və işimlə doludur. Mən həm ailəmi, həm də işimi sevirəm. Şəxsi həyatımda doğru insanı gözləyirəm. Gözləmək və əsnada səhv bir şey etməmək, bu seçimimə sadiq qalmaq istəyirəm. Amma sevgidən ümidimi kəsməmişəm. Əsl sevginin məni tapacağına inanıram. Ancaq hələlik subay olduğum üçün xoşbəxtəm.
Sevgiyə inaniram. Doğru insan əsl həyat yoldaşı, eyni hədəflərə eyni prizmadan baxdığınız və bir-birinizi dəstəklədiyiniz biri deməkdir. Mənim arzum həmişə sevgini hiss etmək, dərin və möhkəm bir dostluq içində münasibət qurmaq olub. Belə bir insanla tanış olanda, əlbəttə ki, evlilik mümkün olan ən yaxşı nəticədir. Amma hələ belə biri ilə rastlaşmamışam”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun