Məryəmdən şok etiraf: Əvvəllər meyitləri makiyaj edirdim
Türkiyənin məşhur aktrisası Meryem Üzərli aktrisa olana qədər bir çox işlərdə çalışdığını açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, “Marie Claire” jurnalının yeni sayının qonağı Məryəm Üzərli olub.
Aktrisa daha əvvəl hansı işləri gördüyü haqda məlumat verib:
“Bir il leykozlu uşaqlar üçün xəstəxanada könüllü oldum. Xristian dəfn mərasimlərində ölülər ən gözəl şəkildə geyindirilir, makiyaj edilir, tabuta qoyulur və son səfərə yola salınır. Bu makiyajları da morq vizajistləri edir. Mən xəstəxanada işləyəndə dəfn mərasiminə hazırlaşdırılan mərhumlara makiyaj edirdim. Və mən bunların heç birini “Mən bunu etməliyəm” deyərək proqramlaşdırmadım, sadəcə anidən ortaya çıxdılar”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun