İdman

Məşhur futbolçu Ukraynada müharibəyə yollanıb

Keçmiş futbolçu Andrey Solomatin “Espanyol” batalyonu ilə müqavilə imzalayıb və Baxmut yaxınlığında döyüşlərə qatılıb. Onun videomüraciəti sosial şəbəkədə yayımlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Espanyol” müxtəlif futbol klublarının azarkeşlərindən yaradılmış könüllü hərbi birlikdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, idmançı əvvəlcə cəbhəyə yardım aparıb, daha sonra isə orada qalmaq qərarına gəlib.

Qeyd edək ki, Solomatinin 47 yaşı var. O, Rusiya millisində 13 oyun keçirib və 1 qol vurub. Futbolçu klub səviyyəsində Moskvanın “Torpedo”, “Lokomotiv” və MOİK kimi komandalarında çıxış edib. Solomatinin Rusiya millisinin heyətində 2002-ci il dünya çempionatında iştirak edib. O, Rusiya çempionu (2002) və ölkə kubokunun beşqat qalibidir (1996, 1997, 2000, 2001, 2002).

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button