Ölkə

Məşhur müğənni səhnədə insult keçirdi: ANBAAN VİDEO

Marinella səhnə adı ilə tanınan məşhur müğənni Yunanıstanın ən böyük səslərindən biri olan Kiriaki Papadopulu Afinanın Herodion amfiteatrında verdiyi konsert zamanı səhnədə yıxılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, rebetiko üslubu ilə adını yunan musiqisi tarixinə yazdıran 86 yaşlı müğənni insult şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Marinellanın insult keçirdiyi anlar kameralara düşüb. Kadrlarda mahnı oxuyarkən səsi titrəyən müğənninin bir müddət sonra anidən geri çevrilərək yerə yıxılması əks olunub.

Konsertinin başlamasından bir neçə dəqiqə sonra səhnədə halı pisləşən Marinella beyin qanaması səbəbindən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və müalicə olunur, vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Yunanıstan musiqisi tarixində ən çox satılan albom rekorduna sahib olan və Afina gecələrinə cəsarətli şoular gətirən ilk şəxs kimi tanınan Marinella 1974-cü il “Avroviziya” Mahnı Müsabiqəsində ölkəsini “Krasi, Thalassa Ke T’ Agori Mu” mahnısı ilə təmsil etmiş və 11-ci olmuşdu.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button