Ölkə

Məşhur müğənninin həyat yoldaşı özünü pəncərədən atdı

1990-cı illərin ulduzu Natalinin əri və prodüseri Aleksandr Rudin Moskvada özünü pəncərədən ataraq intihar edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, 53 yaşlı kişinin cəsədi Belomorskaya küçəsindəki evlərin birinin girişində tapılıb. Faciəli xəbəri “Mash” teleqram kanalı yayıb.

Bildirilib ki, son iki il ərzində Aleksandr koronavirus fəsadları səbəbindən depressiyadan əziyyət çəkirdi. Ölümündən bir müddət əvvəl atasının ölümü ilə əlaqədar prodüserin vəziyyəti pisləşib. İlkin məlumata görə, intihara məhz bu səbəb olub.

49 yaşlı ifaçı üçün bu, son vaxtlar üçüncü böyük itki olub: o, üç il əvvəl atasını, iki həftə əvvəl isə qayınatasını itirib.

Xatırladaq ki, Aleksandr və Natali 1991-ci ildə evləniblər. Onların üç oğul övladı var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button