Ölkə

Məşhur reper autizmdən əziyyət çəkirmiş

Adını ye olaraq dəyişdirən reper Kanye Uest milyarder İlon Maska mesaj yazaraq 2000-ci illərdə keçirdiyi avtomobil qəzasından sonra onda autizm xəstəliyinin əlamətlərinin olduğunu qeyd edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, yazışmanı isə influenser İan Konnor şəxsi bloqunda dərc edib. Kanye mətni özü ona göndərib və bloqunda yerləşdirməsini istəyib.

Sənətçi bipolyar pozğunluqdan əziyyət çəkmədiyini vurğulayıb.

Mesajda ifaçı Teslanın yaradıcısı ilə münasibətlərinin dəyişməli olduğunu da qeyd edib.

Xatırladaq ki, əvvəllər musiqiçi və milyarder dost olub. Mask tviteri (indiki X) satın aldıqdan sonra yəhudilərə qarşı sərt ifadələrinə görə reperi bloklayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button