Ölkə

Məşhur reperin qətlində şübhəli bilinən şəxs həbs edildi – 27 ildən sonra…

Las-Veqas polisi bu gün 1996-cı ildə reper Tupak Şakurun qətlində şübhəli bilinən şəxsi həbs edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, 60 yaşlı keçmiş qanqster Dueyn Keyt Davis reperin maşınının atəşə tutulduğu “Cadillac” markalı avtomobildə olduğunu bildirib. Lakin şübhəli şəxs Tupakı qardaşı oğlunun öldürdüyünü iddia edib.

Dueynin həyat yoldaşının evində aparılan axtarış zamanı musiqiçiyə və onun ölümünə həsr olunmuş jurnallar, həmçinin qətllə əlaqəsi ola biləcək şəxsləri əks etdirən disklər və fotoşəkillər tapılıb.

Qeyd edək ki, 25 yaşında güllələnən Tupak Şakur hadisə zamanı 7-ci nəsil “BMW” markalı avtomobilin içində olub. Sözügedən maşın Tupakın ölümündən sonra bir neçə dəfə hərracda satılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button