Ölkə

Məşhur şirkət Natali Portman və Adam MakKey ilə müqaviləni dayandırdı

“Apple” şirkəti ssenarist və aktyorlar birliklərinin davam edən tətili fonunda ulduzlarla uzunmüddətli və prioritetli müqavilələrini dayandıran bir sıra digər böyük Hollivud studiyalarına qoşulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əlumata görə, növbəti “qurban” Natali Portman və onun “Apple” şirkətinin son illərdə əməkdaşlıq etdiyi “MountainA” istehsalat studiyası olub. Müqavilə tətillər bitdikdən sonra yenilənə bilər. Həmçinin rejissor Adam Makkey ilə əməkdaşlığa müvəqqəti xitam verildiyi barədə də məlum olub.

Eyni zamanda bildirilir ki, “Apple” hələ də Amerika Ssenaristlər Gildiyasına daxil olmayan Martin Skorsese, Tom Henks və başqaları ilə genişmiqyaslı müqavilələr bağlayır. Müqavilələrin bu formada dayandırılması tətillər fonunda adi hala çevrilib və bir sıra digər media şirkətləri artıq oxşar addımlar atıb. “Warner Bros. Discovery” bir sıra sövdələşmələri, o cümlədən Qreq Berlanti və Cey Cey Abrams kimi məşhur kinematoqraflarla, “NBC Universal” isə Dueyn Consonun müqavilələrini dayandırıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button