Ölkə

Məşhur teleaparıcı axtarışa verildi – FOTO

Rusiyalı məşhur teleaparıcı Tatyana Lazareva “terrorçuluğa bəraət qazandırdığı üçün” açılmış cinayət işi çərçivəsində beynəlxalq axtarışa verilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə “TASS”ın nəzərdən keçirdiyi məhkəmə sənədlərində qeyd edilib.

Sənədlərdə Lazarevanın uzun müddətdir ki, Rusiya Federasiyasından kənarda yaşadığı göstərilir.

Teleaparıcı daha əvvəl sosial şəbəkələrdə Ukraynanın pilotsuz təyyarələrin Rusiya şəhərlərinə hücumu ilə bağlı xəbərə sevindiyini bildirib. Bundan sonra ona qarşı internetdən istifadə edərək terrorçuluğa bəraət qazandırdığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) cinayət işi açılıb. İyulda Moskvanın Zamoskvoretski Məhkəməsi Lazarevanı qiyabi həbs edib. Onu yeddi ilə qədər həbs gözləyir.

Rusiya Ədliyyə Nazirliyi Lazarevanı 22 iyul 2022-ci ildə xarici agentlər siyahısına daxil edib. Bu siyahıya onun keçmiş əri, teleaparıcı Mixail Şats da daxildir. Lazareva xarici agentlər haqqında qanunu pozduğuna görə dəfələrlə cərimələnib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button