Ölkə

Məşhur Türkiyə filmi İspaniyada nümayiş etdiriləcək

İspaniyanın Əndəlüs bölgəsinin Sevilya şəhərindəki “Cinesur Nervion Plaza” adlı məkanda Türkiyənin kult sayılan ekran işlərindən biri olan “Dünyayı kurtaran adam” (Dünyanı xilas edən adam”) filminin bərpa edilmiş versiyası nümayiş olunacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, film sentyabrın 18-də “Star Wars Turco” (“Türk ulduz müharibələri”) adı ilə nümayiş olunacaq.

Filmi təsvir etmək üçün “bir kosmos dastanı” ifadəsindən istifadə edilib. Uzaq bir planetdə çarəsiz qalan və planetin sakinlərinə şər qüvvələri məğlub etməyə kömək edən iki türkün hekayəsindən bəhs edir.

Türkiyədə 1982-ci ildə nümayiş olunan və baş rollarda məşhur aktyorlar Cüneyt Arkın və Aytekin Akkayanın çəkildiyi filmdə “Indiana Jones” (“İndiana Cons”) filmlərinin musiqilərindən istifadə edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button