Ölkə

Mətanət İsgəndərlinin beşinci nəvəsi dünyaya gəldi

Əməkdar artist Mətanət İsgəndərlinin beşinci nəvəsi dünyaya gəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumatı onun keçmiş gəlini Canana sosial şəbəkədə yayıb. O, keçmiş həyat yoldaşı Kərimlə birgə fotolarına “Təbriklər, Kərim. Dördüncü övladın dünyaya gəlib” sözlərini yazıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub. 

Sənətçinin övladı Ülkər isə Türkiyə vətəndaşı ilə ailəlidir. Antalyada yaşayan cütlüyün bir övladı var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button