İqtisadiyyat

m10 pulqabısından həyəcan dolu lim10 bonus kampaniyası uğurla başa çatdı

m10 elektron pulqabısı irimiqyaslı “m10-lar toplayır lim10-lar!” bonus kampaniyasının müvəffəqiyyətlə başa çatdığını elan edir. Avqustun 1-dən 31-dək davam edən kampaniya iştirakçıların yaddaşında təkcə unudulmaz emosiyalarla deyil, həm də qazanılan hədiyyələrlə qaldı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Kampaniya iştirakçıları m10 ilə aktiv gündəlik əməliyyatlar edərək lim10-lar topladılar. Bir milyon lim10 toplayan ilk 10 bəxtəvər 1000 AZN mükafat qazandı. Bundan əlavə, 20 şanslı qalib 500 AZN, növbəti 30 və 40 iştirakçı müvafiq olaraq 200 AZN və 100 AZN dəyərində mükafatlar qazandı. Qaliblərin siyahısı ilə www.m10.az/limon səhifəsində tanış ola bilərsiniz.

m10 sevərlər kampaniya zamanı tək tətbiqdə deyil, həm də Azərbaycanın iri şəhərlərinə səyahətə çıxmış m10-un həyəcan dolu tədbirlərində əyləndilər. Bakı, Sumqayıt, Quba, Mingəçevir, Gəncə və Şəki sakinləri m10 ilə yaxından tanış oldular, əyləncəli oyunlarda bacarıqlarını nümayiş etdirərək mükafatlar qazandılar. Böyük populyarlıq qazanmış Lim10 tədbirlərində 30 000-ə yaxın Azərbaycanlı iştirak etdi.

m10 istifadəçilərinə göstərdikləri həvəs və fəal iştirak üçün təşəkkür edir və tezliklə lim10-ların növbəti daha maraqlı toplanması ilə bir daha sevindirəcəyini söz verir. 

Yenilikləri m10-un FacebookInstagram səhifələrindən izləməyi unutmayın.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button