Siyasət

Macar şirkətləri Cəbrayılın Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək

Macar şirkətləri Qarabağda Cəbrayılın Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Yenidənqurma Macarıstan şirkətlərinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənmiş konsorsiumu tərəfindən həyata keçiriləcək”, – o deyib.

Nazir, həmçinin, Macarıstanla Azərbaycanın 50 milyon kubmetr qazın Macarıstanda saxlanılmasını nəzərdə tutan qaz tədarükü üzrə razılaşma ilə enerji əməkdaşlığını yeni səviyyəyə çıxardığını əlavə edib.

“Bu özlüyündə ikitərəfli strateji əməkdaşlığımızda mühüm addımı əks etdirir. Macarıstan və Azərbaycan 50 milyon kubmetr qazın Macarıstana nəqlini nəzərdə tutan qaz tədarükü üzrə razılaşma əldə ediblər və tədarük artıq başlayıb. Bu hadisə Macarıstanın enerji təhlükəsizliyinə müsbət töhfə hesab edilir”, – deyə Siyarto qeyd edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button