Siyasət

Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni miqyas qazanır

Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni miqyas qazanır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

O, Azərbaycandan Macarıstana qaz tədarükünün 1 milyard kubmetrə çatdırılması üçün siyasi iradənin olduğunu vurğulayıb.

“Biz Azərbaycanla artıq on ildən çoxdur ki, tərəfdaşlıq əlaqələri saxlayırıq. Hazırkı razılaşmamıza əsasən, bu ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz almağı planlaşdırırıq”, – deyə Siyarto qeyd edib.

Bundan əvvəl nazir Azərbaycandan qaz tədarükünün hazırda Avropadakı enerji böhranının ən səmərəli həlli olduğunu qeyd edib.

Xatırladaq ki, Macarıstanın təbii qazın ən böyük topdan satıcısı olan “MVM CEEnergy” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 100 milyon kubmetr qaz satışı üzrə müqavilə imzalayıb. Qazın tədarükü 2023-cü ilin dördüncü rübündə başlayacaq. SOCAR artıq ilk 50 milyon kubmetrin Macarıstandakı anbara vurulmasına başlayıb.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button