Ölkə
Maluma ata olacaq – FOTO
Kolumbiyalı müğənni Maluma və sevgilisi Susana Qomez valideyn olmağa hazırlaşırlar.
Milli.Az bizim.media-ya istinadən bildriir ki, 29 yaşlı musiqiçi şad xəbəri Vaşinqtonda “Don Juan Tour” konsertində elan edib.
Pop ulduz, tamaşaçılara Susana ilə münasibətini əks etdirən “Procura” (ispan dilində “nailiyyət”- red.) mahnısına çəkilmiş yeni klipini təqdim edib.
Ekran işinin kulminasiyasında onların xəstəxanada ultrasəs müayinəsi apardıqlarını və uşağın cinsiyyətini öyrənmək üçün dostları ilə birlikdə keçirdikləri “gender party”si əks olunub.
Şəkillərə görə, Qomez təxminən 5-6 aylıq hamilədir və onlar hər ikisinin ilk qız övladı olacaq.
Milli.Az