Uncategorized

“Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub – VİDEO

UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. “İnter” isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

UEFA Çempionlar Liqası
Final
10 iyun


23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) – 1:0
Qol:
 Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button