Ölkə

Maşını açıq pəncərə ilə sürmək – Xərçəngə səbəb ola bilər

Açıq pəncərə ilə avtomobil sürmək ürək xəstəliyinə və xərçəngə səbəb olur. Çünki belə halda sürücülər müntəzəm olaraq, havadakı işlənmiş tüstülərə məruz qalır, bu da bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Açıq pəncərəsi olan bir avtomobildə uzun səyahət problemləri daha da artırır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “Medicina”ya istinadən xəbər verir ki, onkoloq Anastasiya Kosyakovanın sözlərinə görə, insanlar tıxaclarda zəhərli işlənmiş qazları udurlar. Yayda sürücülər hava ilə birlikdə dəm qazı, karbohidrogen, aldehid, kükürd dioksidi, his, benzopireni udduğu üçün bədəndə toplanan bu maddələr ciddi xəstəliklərə səbəb ola bilər.

“İşlənmiş qazların mənfi təsirindən nəfəs darlığı, başgicəllənmə, ürək-damar sistemində pozğunluqlar yarana bilər. O cümlədən, sürücülər tromboz, ateroskleroz, miokard infarktı kimi təhlükəli hadisələrdən əziyyət çəkirlər.

Nevroloji pozğunluqların inkişafı da mümkündür – artan əsəbilik və qıcıqlanma, yuxusuzluq.

Ən ağır nəticə isə xərçəngin əmələ gəlməsidir.

Sükan arxasında oturan şəxslər nəqliyyatın aktiv olduğu yolda olarkən şüşələri bağlı saxlamalıdır. Onların qidasında daha çox detoksifikatorlar: tərəvəzlər, meyvələr, giləmeyvə, yaşıl çay və su olmalıdır”.

Mİlli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button