Ölkə
Maşının vurduğu piyada xəstəxanada öldü
Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.
Milli.Az bildirir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Cəfərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, koma vəziyyətində xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulmuşdu.
Milli.Az