İdman
Matçdan sonra toqquşma olub, polis əməkdaşları xəsarət alıb
Argentinanın “Boka Xuniors” və “İndependent” futbol klubları arasında keçirilən oyundan sonra azarkeşlərlə polis arasında toqquşma olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə “Clarin”qəzeti məlumat yayıb.
Hadisədə altı polis əməkdaşı xəsarət alıb.
Rəqibinə 0:2 hesabı ilə uduzan “İndependent”in azarkeşləri aqressiv şəkildə narazılıqlarını ifadə etməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və klub rəhbərliyinin nümayəndələrinə daş atmağa başlayıblar.
Polis rezin güllələrlə cavab verib.
Toqquşmada 11 nəfər saxlanılıb.
Milli.Az