Ölkə

Mehinin ABŞ-da yaşayan bacısı Günel ilə İtaliyada qızmar TƏTİLİ

Aparıcı və müğənni Mehin Hümbətova anası və uzun aradan sonra ABŞ-da yaşayan bloqer bacısı Günel Hümbətova və onun qızı Jozefina ilə bir araya gəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, onlar istirahət üçün çoxsaylı turistin axın etdiyi İtaliyanın cənubunda qayalı yamaclarda yerləşən Positano adlı kəndinə yollanıblar.

Havanın hədsiz isti olduğunu bildirən Mehin Positanonun mərkəzi küçələrini qarış-qarış gəziblər. Bundan başqa Hümbətova yerli mətbəxin dadından doya bilmədiyini və təamlarının olduqca ləzzətli olduğunu vurğulayıb. 

Anası, bacısı və bacısı qızı ilə hələ bir neçə gün İtaliyada qalacağını söyləyən Mehin tətillərinin əyləncə dolu anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, illər əvvəl teleradio aparıcısı kimi fəaliyyət göstərən Günel Hümbətova iş adamı Firuz Soliyevlə ailə qurduqdan sonra ABŞ-a köçüb. Cütlüyün Jozefina adlı bir qız övladı var. Bir neçə ay əvvəl isə Günel həyat yoldaşı Firuzla ayrıldığını və rəsmi şəkildə boşandığını açıqlamışdı. Mehin Hümbətova isə subaydır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button