Mehmet Ali Erbil canlı yayımda ağladı: “O an ağlıma gəldi”
Serdar Ortaçla canlı yayımda söhbət edən Mehmet Ali Erbil Bilsem Ki mahnısı haqqında danışarkən ağlayıb.
Milli.Az haberler-ə istinadən xəbər veri ki, özündən 40 yaş kiçik sevgilisi ilə eşq macərası ilə gündəmdə qalan Mehmet Ali Erbil TikTok-da canlı yayımlara davam edir.
Bu yaxınlarda Serdar Ortaçla canlı yayımda olan Mehmet Ali Erbil çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.
Ortaçın məşhur mahnısı “Bilsem Ki” haqqında danışan Mehmet Ali Erbil qəfildən yüksək səslə ağlamağa başlayıb. Ərbilin ağlamasına təəccüblənən Ortaç, “Köhnə günləri xatırlama, qardaş. Atamı, qardaşımı itirdim, sonra ayağım iflic oldu. Hələ də ayaq üstəyik, bunu etmə. .”
Ərbil “Allah bizə mənəvi can sağlığı versin. O an ağlıma gəldi” deyə cavab verib.
Fidan
Milli.Az