Ölkə
Mertdən Afra ilə ayrılmaları haqda suala reaksiya
Xəbər verdiyimiz kimi, “Yalı çapkını” serialının aktyorları Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir ayrılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Mert ötən gün məkanlardan birindən çıxarkən obyektivlərə tuş gəlib. Jurnalistlər aktyora Afra ilə ayrılmaları haqda suallar ünvanlayıblar.
Ramazan “Soruşma, başqa vaxt danışarıq. Gecəniz xeyrə qalsın, başqa zaman. İndi vaxtı deyil” cavabını verib.
Qeyd edək ki, ikili haqqında eşq iddiaları çıxandan sonra aktyor Mert Yazıcıoğlu Afra ilə 4 illik münasibətlərini sonlandırmışdı. Aktyor bundan sonra aktrisa Dilan Çiçek Deniz ilə münasibətə başlayıb.
Milli.Az