İdman

Messi karyerasında 100-cü kluba qol vurdu

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi karyerasında 100-cü kluba qol vurub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, argentinalı hücumçu Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda “Atlanta Yunayted”lə görüşdə buna nail olub.

MLS təmsilçilərinin duelində komandasının 4:0 hesablı qələbəsinə 2 qol, 1 assistlə töhfə verən 36 yaşlı oyunçu 100 fərqli klubun qapısına yol tapmağı bacarıb.

Messi, eyni zamanda, 8 ildən sonra ilk dəfə bir qarşılaşmada sağ ayağı ilə dubla imza atıb. O, sonuncu dəfə 2015-ci ildə “Barselona”nın heyətində İspaniya çempionatı çərçivəsində “Levante” ilə matçda bunu reallaşdırıb.

“İnter Mayami” isə tarixinin ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Florida klubu 2021-ci ildə MLS-də “Çinçinnati”ni 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Liqa Kubokunun qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan “İnter Mayami” 1/16 finala yüksəlib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button