Ölkə

Meyxanaçı Kərimdən YENİ XƏBƏR

Bir neçə ay öncə meyxanaçı Kərim Novruzovun reabilitasiya müalicəsinə başlaması barədə məlumat vermişdik.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

7 il əvvəl sol tərəfli hemiparez diaqnozu ilə işemik insult keçirib yatağa məhkum olan meyxanaçının səhhətində müəyyən irəliləyişlər olmuş, yaxınları onun yatağından qalxıb otura bildiyini, əllərini hərəkət etdirdiyini bildirmişdilər. Bəs  görəsən onun son durumu indi necədir?

Milli.Az bildirir ki, Ağakərimin yaxın dostu, meyxanaçı Ağamirzə Məmmədov Lent.az-a onun son vəziyyəti ilə bağlı danışıb.

“Oğlu Kamildən soruşdum, dedi, müalicədən heç bir effekt  alınmadı. Ağamirzə öncə bir qədər masajın təsiri ilə əlini tərpədə bilsə də, yenidən əvvəlki halına qayıdıb. Bu müalicə yalnız bir az fiziki sağlığına təsir eləmişdi, beynindəki problem, danışığı düzəlməmişdi. İynə- dərman kömək eləmədi. Hələ bir az da ağırlaşıb, heç bir yenilik, yaxşılaşma müşahidə olunmur. Allah ona kömək olsun, Kərimin çarəsi Allaha qalıb”,- deyə Ağamirzə bildirib.

Qeyd edək ki, 60 yaşlı  Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Üç dəfə insult keçirən meyxanaçı paralel olaraq şəkər və təzyiq xəstəsidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button