Ölkə
Mikroavtobus aşdı: 6 yaralı
Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.
Milli.Az “report”a istinadən bildirir ki, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az