Ölkə

Milli Məclis İlham Əliyev ilə bağlı bəyanat qəbul etdi

Oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunub.

Bəyanatı deputat Hikmət Babaoğlu səsləndirib.

Bəyanatda bildirilir ki, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyinin təmin etməklə bərabər, onu dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib.

Sənəddə həmçinin qeyd olunur ki, hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button