Uncategorized

Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm konsert keçirilib – VİDEO – FOTO

Heydər Əliyev Mərkəzinin parkında bu il Azərbaycanda qeyd olunan iki əlamətdar tarix – Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ulu Öndərin hakimiyyətə qayıdışının 30 illiyi – münasibətilə möhtəşəm konsert proqramı keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bununla əlaqədar olaraq, 15 iyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə Azərbaycanın populyar müğənniləri, musiqi və rəqs kollektivləri böyük tamaşaçı auditoriyası qarşısında möhtəşəm çıxışlar ediblər.

Artistlər məşhur əsərlər və vətənpərvərlik mahnıları ifa ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin ifası ilə başlayıb. Dövlət Himnini Azərbaydan Dövlət Xor Kapellası ifa edib.

Sonra isə gurultulu alqışlar altında səhnəyə Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri, müğənnilər Mübariz Tağıyev və Şəmistan Əlizamanlı dəvət olunub və vətənpərvərlik mahnıları ifa edərək gecəyə xüsusi ab-hava qatıblar.

Sonra Azər Zeynalov, Aygün Bəylər, Aygün Kazımova, Ağadadaş Ağayev, Eldar Qasımov və Nigar Camal, Miri Yusif, Manana, Bilal Əliyev, Faiq Ağayev, Samirə Əli Məryəm, Nurlan Növrəsli, Sevda Ələkbərzadə, Vüqar Əbdülov, Gülyanaq və Gülyaz Məmmədovalar, Abbas Bağırov, Aybəniz Haşımova və “Bülbüllər” qrupu, Tünzalə Ağayeva, İlqar Muradov, Lalə Məmmədova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Xəyyam Nisanov, Natəvan Həbibi, Emin, Alim Qasımov, “Natiq” ritm qrupu, Nərmin Kərimbəyova və İlhamə Qasımova öz möhtəşəm ifaları ilə tamaşaçıları sevindiriblər.

Konsert proqramı çox maraqlı qurulub, belə ki, səsləndirilən hər bir mahnı 1993-2023-cü illər arasındakı bir ilə aid olub, əsərlərin mətnində isə vətən sevgisi, vətənpərvərlik ruhu əks olunub.

44 günlük Vətən Müharibəsinin iştirakçılarının övladlarından ibarət “Zəfər” xorunun çıxışı çox təsirli olub.

Möhtəşəm gecənin tamaşaçıları hər bir çıxışı xoş qarşılayaraq mahnıları ifaçılarla birlikdə ifa edib və hərarətlə rəqs ediblər.


Bayram ab-havası həm səhnədə, həm də tamaşaçılar arasında hiss olunub.

Azərbaycanı tərənnüm edən vətənpərvər əsərlər və mahnılar xüsusi səmimiliklə qarşılanıb.

Bayram konsertini minlərlə insan izləyərək Azərbaycan bayrağını dalğalandırıb ki, bu da möhtəşəm tədbirə xüsusi təntənə və əzəmət qatıb.

Hər bir çıxış tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub. Konsert birlik enerjisi, qeyri-adi ab-hava və uzun illər davam edəcək təəssüratlarla yadda qalıb.

Sonda Müslim Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

Konsertin aparıcıları Leyla Quliyeva və Tural Əsədov olub.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button