Ölkə

Milli Su Strategiyası Nazirlər Kabinetində təsdiq mərhələsindədir

Azərbaycanda Milli Su Strategiyası hazırlanıb və Nazirlər Kabinetində təsdiq mərhələsindədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və innovasiyalar sektorunun müdiri Əliağa Əzizov Xəzər Su İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə ictimaiyyəti, tələbələri və müəssisələri cəlb edərək araşdırma aparmaq lazımdır:

“Bu sahədə kifayət qədər yerli ekspertimiz yoxdur. Ona görə də əlavə dəstəyə ehtiyacımız var. Bununla bağlı Niderland tərəfini də cəlb etməyə çalışırıq”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib ki, yaxın günlərdə qəbul olunacağı gözlənilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button