Ölkə

Milyonçu “Oleq Bakinski” barədə qərar verildi

Xuliqanlıqda ittiham olunan milyonçu Oleq Krapivin (“Oleq Bakinski”) ev dustaqlığına buraxılmasını istəyir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun vəkilləri həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim ediblər. Müdafiəçilər təqsirləndirilən şəxsin yer dəyişdirmə və istintaqdan yayınma fikrinin olmadığını bildiriblər.

Məhkəmə vəsatəti əsaslı hesab etməyib. “Oleq Bakinski”nin həbsinin davamına qərar verilib.

Qeyd edək ki, ukraynalı tanınmış milyonçu “Oleq Bakinski” üç ay əvvəl Bakıda həbs edilib. O, Rusiya vətəndaşına qarşı xuliqanlıq hərəkətləri etməkdə ittiham olunur. Bir neçə gün əvvəl onun həbs müddəti uzadılıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button