İdman

Milyonları sağa-sola xərcləyirdi – Cüzi məbləğə görə sərt qadağa ilə üzləşdi

FİFA Əhməd Musanın transferində “Lester Siti”yə transfer haqqını tam ödəmədiyi üçün “Əl-Nəssr”ə qadağa tətbiq edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Kriştianu Ronaldunun formasını geyindiyi “Əl-Nəssr” komandası oyunçu transfer edə bilmir. FİFA-nın qərarına görə, “Əl-Nəssr” Əhməd Musanın transferində bonusların hamısını “Lester Siti”yə ödəməyib. Buna görə də, Səudiyyə Ərəbistanı komandasına qadağa qoyulub. “Əl-Nəssr borcunu ödəmədiyi üçün transfer etdiyi futbolçulara lisenziya verə bilmir. Səudiyyə Ərəbistanı komandası Britaniya komandasına 390 min funt sterlinq ödəsə, qadağa aradan qaldırılacaq.

Qeyd edək ki, “Əl-Nəssr” 2018-ci ildə nigeriyalı hücumçunu “Lester Siti”dən 16,5 milyon avroya transfer edib. Ancaq klub oyunçunu 2020-ci ildə sərbəst buraxmışdı.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button