Uncategorized

Molla rejiminin Türkiyə xəyalı – İranın Ankaranı GÜCDƏN SALMAQ PLANI

Türkiyə yaxın tarixinin ən mühüm seçkisinə hazırlaşır. Daxili siyasətdəki debatlar və inkişaflar bir yana, seçkilər xarici dünyanın əsas gündəm mövzularından biridir. Çünki bu, nəticələri təkcə Türkiyə ilə deyil, beynəlxalq məsələlərlə də sıx bağlı olan bir prosesdir. Bu seçki ABŞ, Avropa, Rusiya, Çin, Yaxın Şərq, Mərkəzi Asiya, Fars körfəzi, Balkanlar, Afrika da hiss olunacaq seçkidir. Pafos kimi çıxmasın, həqiqətən də mayın 14-ü axşam qutuların nəticəsi bütün bu bölgələrdə dərindən hiss olunacaq. Ona görə də görünməmiş sayda və maraqla  gözlər Türkiyəyə çevrilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Türkiyənin qonşusu İran seçkiləri yaxından izləyən ölkələr sırasında ilk yerdə qərarlaşıb. Çünki İranın ekspansionist siyasi və dini xəttinin qarşısındakı ən böyük maneələrdən biri öz qərarlarını verən, hər masada güclü varlığı olan, müdafiə sənayesində iddialı və bütün sahələrdə İslam dünyasına nümunə olma potensialına malik Türkiyədir. Türkiyənin zəifləməsi xəyallarını quran Tehranın arzusu mümkün hakimiyyət dəyişikliyini səbirsizliklə gözləyir.

Bu bir faktdır ki, qızğın antiamerika və anti-İsrail ritorikasına baxmayaraq, İranın xarici siyasət anlayışında ən böyük rəqib məhz Türkiyədir. Hətta az qala Türkiyə “düşmən” ölkə kimi göstərilir. Bu baxımdan İranın Ankara səfiri Məhəmməd Fərəzməndin Səadət Partiyasının sədri Təməl Karamollaoğluna “Seçkilərdən sonra gözləntimiz Türkiyənin Suriyadakı hərbi varlığını geri çəkməsidir” açıqlaması ilə bağlı iddia əsassız və dəstəksiz deyil. Məlumdur ki, Səadət Partiyası qeyd-şərtsiz İranı dəstəkləyir və İranın ekspansionist və məzhəbçi gündəmini tənqid etmir. Türk mediası da bu haqda mütəmadi yazır. İranın antiazərbaycan mövqeyi və Ermənistanın tərəfinə keçməsi Səadət Partiyası administrasiyasının mövqeyini dəyişdirə bilərdi. Lakin bu baş verməyib.

İran eyniz amanda PKK və onun uzantıları ilə çox praqmatik əlaqələr şəbəkəsindədir. Türkiyənin PKK və YPG ilə mübarizəsində “əsas himayədar” kimi ABŞ və bəzi Avropa ölkələri ön planda olduğu halda, İran “gizli tərəfdaş” kimi iştirak edir. ABŞ və İran bir birilərini “Böyük Şeytan” kimi qınasalar da, Suriya və İraqda maraqları üst-üstə düşür. Buradan çıxış edərək görürük ki, İranın Səudiyyə Ərəbistanı ilə yenidən diplomatik əlaqələr qurmağa, öz regional gündəminə daha rahat diqqət yetirmək üçün cəbhələrin sayını azaltmaq strategiyası durur.


Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button