Dünya

“Moody’s” Türkiyənin kredit reytinqini 11 ildən sonra ilk dəfə yüksəldib

"Moody's" Türkiyənin kredit reytinqini 11 ildən sonra ilk dəfə yüksəldib

“Moody’s Investors Service” agentliyi Türkiyənin kredit reytinqini 11 illik fasilədən sonra ilk dəfə iki pillə yüksəldib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qazi.info bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Kredit reytinqi müsbət proqnozla iki səviyyə artaraq B3-dən B1-ə yüksəlib.

Bu, S&P və “Fitch Ratings”in reytinqlərindəki artımdan sonra baş verib.

Agentliyin bəyanatında qeyd edilir ki, Türkiyə Mərkəzi Bankının türk lirəsinə inamı bərpa edə bilib.

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək “Moody’s”un qərarını şərh edərək deyib:

“Moody’s ilk dəfə kredit reytinqimizi iki pillə qaldırdı! 11 illik fasilədən sonra bu artım bizim həyata keçirdiyimiz proqramın nəticəsidir. İqtisadiyyatımızın dayanıqlığını artırmağa davam edəcəyik”.

Bundan əvvəl “Fitch Ratings” reytinq agentliyi Türkiyənin kredit reytinqini “B”dən “B+”-a yüksəldib.

Qazi.info

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button