Ölkə

Mopedlər cərimə meydançasına niyə aparılır?

Heç bir səbəb göstərilmədən mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən bəzi moped sürücüləri iddia edirlər ki, son bir neçə gündür, onlara məxsus mopedlər cərimə meydançasına aparılır. Onlar həmçinin bütün sənədlərinin qaydasında olduğunu da bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər həmçinin iddia edirlər ki, maksimal sürət həddi 45 km, eyni zamanda mühərriklərinin həcmi 49 sm3  olan mopedlərin idarə olunması üçün sürücülük vəsiqələri tələb edilmir. Lakin onlara bu vəsiqələrin olmaması əsas gətirilərək nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarədən “Xəzər Xəbər”ə bildirildi ki, bu sürücülərlə bağlı müraciət qeydə alınıb və araşdırma aparılır.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button