Ölkə
MSK Nəsiman Yaqublu haqqında qərarı müzakirə edir
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizəd Nəsiman Yaqublunun avqustun 25-də Zəngilanda seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasında həlak olmasını müzakirə edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında seçki bülletenlərində namizəd kimi adı qeyd olunan Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası müəyyənləşdirilir.
Komissiya üzvlərinin rəyindən sonra dairə seçki komissiyasına (DSK) atılacaq addımlarla bağlı müvafiq tapşırıq veriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun