Müasir dini təhsil modelləri ilə bağlı elmi-praktiki konfrans keçirilir
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktiki konfrans keçirilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, elmi-praktik konfrans ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli ilə bağlı təkliflərin müzakirəsi məqsədilə təşkil olunur.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyindəki qurumların rəhbərliyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Milli Məclisin deputatları, eləcə də, dini icma sədrləri iştirak edirlər.
Xəbər yenilənəcək
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun