Uncategorized
Müdafiə Nazirliyi daha bir məlumat yaydı
Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə məlumata münasibət bildirib.
Qurumdan verilən məlumata görə, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb.
Milli.Az