Ölkə
Müdafiə və milli təhlükəsizlik üçün nə qədər vəsait xərclənib?
Bu il Azərbaycanda müdafiə və milli təhlükəsizlik üçün xərclənən vəsaitin həcmi açıqlanıb.
Milli.Az-ın məlumatına görə, bu barədə 2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda deyilir.
Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik xərcləri 126,9 faiz icra edilməklə 3047,6 milyon manat təşkil edib.
Eyni zamanda, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 105 faiz icra edilməklə 1161 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 134,6 faiz icra edilməklə 2428,4 milyon manat təşkil edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun