Ölkə

Müğənni milyonçu ərini məhkəməyə verdi

Məşhur müğənni Alsu biznesmen həyat yoldaşı Yan Abramovu məhkəməyə verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. O, birgə əldə etdiyi əmlakın bölünməsi ilə bağlı iddia qaldırıb.

Bildirilib ki, iclas iyulun 26-da keçiriləcək.

Ehtimal olunur ki, ikili Moskvada elit yaşayış kompleksinin 57-ci mərtəbəsindəki bir mənzili, Rublyovkada 3 min kvadratmetr sahəsi olan 4 mərtəbəli malikanəni, Krımda özəl çimərliyi, estakadası, tövlələri, tennis kortu, vertolyot meydançası və öz məscidi olan kotteci, həmçinin Londonda “St John’s Wood-da Lord’s Cricket Ground”un yanında mənzili aralarında böləcəklər.

Alsu bu iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Yanın Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi iddialar arasındadır.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button