Mədəniyyət

Muğam Mərkəzində Qazaxıstandan gəlmiş dombra ifaçılarının (aşıqları) konserti təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində Qazaxıstandan gəlmiş dombra ifaçılarının (aşıqları) konserti təqdim edildi. “40 bahadır”eposunun izi ilə türk dövlətlərinə səfərə çıxan ifaçılar Azərbaycanda müxtəlif mədəniyyət mərkəzlərində görüşlər və çıxışlarla eposu təqdim edirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Konsertin aparıcısı musiqiçi- tədqiqatçı Semih İpək( Ərzrum)  türk xalqlarının dostluq və və qardaşlığı haqqında söhbət açandan sonra tədbiri açıq elan edərək ifaçıları təqdim etdi. Qazaxıstanın dombra ifaçıları Aliya Qaramuxanova, Undasn Kalxanov və başqaları  qədim qazax xalq dastanlarından parçalar ifa etdilər. Tədbirin sonunda Qazaxıstanlı musiqiçilərin rəhbəri Eldost Emil xalqlarımızın qardaşlığından, tarixi köklərimizdəm, türk birliyimizdən söhbət açmaqla yanaşı tədbirin baş tutmasında dəstəyinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, BMM- nin rəhbərliyinə və konsertin ideya müəllifi, Turanın Xalq şairi, professor Vüqar Əhmədə təşəkkürünü bildirdi.

Konsert proqramında Azərbaycan tərəfdən istedadlı xanəndə, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov və tarzən , ” Bayatı- Türk” Muğam triosunun rəhbəri Məsim İslamov qonaqlarla  birgə çıxış ediblər. İki qardaş xalqın müştərək ifası tamaşaçılar tərəfindən alqışlarla, hərarətlə qarşılanıb.

Musiqiçilərdən ibarət heyətə rəhbərlik edən musiqiçi Eldost Emil bildirdi ki, məqsədimiz türk dövlətlərində “40 bahadır” eposunu təbliğ etməkdir. Bu dastan bizə Qızıl Orda xanlığı dövründən miras qalıb.  Bizim birliyimizi, qardaşlığımızı təbliğ edir deyə yenidən tanıtmaq, gündəmə gətirmək istədik. Dastanda bütün türk xalqlarının  hər birinin könlünün açacaq bir məqam var. Məqsədimiz bu duyğunu oyadıb biz bir olsaq fikrini ifadə etməkdir. Musiqiçilərimiz Manqışlak vilayətindən gəliblər. Bu dastan da Qazaxıstanın qərb bölgəsinə məxsus dastandır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button