Ölkə

Müharibədən sonra yüzlərlə azərbaycanlı mina qurbanı olub

Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda oktyabrın 4-də parlamentdə keçirilən ictimai dinləmə zamanı səsləndirib.

O bildirib ki, müharibədən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub. Təkcə son 3 ildə 65 mülki insan həyatını itirib: “Mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneçilik törədir. Mina təhlükəsi nəticəsində nəinki insanlar həyatını itirir, bu təhlükə həm də torpağa, onun münbitliyinə mənfi təsir edir”.

Bu sahədə ANAMA-nn işini yüksək qiymətləndirən BMT-nin rezident əlaqələndiricisi 2020-ci ildən BMT-nin təşkilat və qurumları ilə aparılan əməkdaşlıq əlaqələrindən söz açıb və xeyli işlər görüldüyünü diqqətə çatdırıb.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button