Uncategorized

Müharibə təhlükəsi azaldı? – Baş verənlərin qısa icmalı

İndi baş verənlər, gördüyümüz mənzərə müharibə təhlükəsinin azalması, vəziyyətin deeskalasiyasıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Əslində nə baş verdi? Xankəndində rusiyapərəst çevriliş baş verdi və nəticədə qarabağlı ermənilərin isterikasının azaldılması üçün ilkin şərtlər formalaşdı. Yüklərin bir hissəsi Azərbaycandan, ola bilsin ki, Ermənistandan da Xankəndinə gedəcək və bütün bunlar Azərbaycan-Rusiya birgə nəzarəti altında olacaq.

Niyə belə oldu?

Çünki müharibə etmək – bu, gərginliyin real sonucu ola bilərdi – hazırda bütün tərəflər üçün bir az əlverişsizdir. Ermənistanda həll edilməli olan məsələlər var – onlar həll olunur, Azərbaycanda da həll edilməli olan məsələlər var – onlarla da məşğul olurlar.

İndi baş verənlər az-çox uzunmüddətli perspektivdə tərəfləri qane edə bilməz.

Qərb Rusiyanı Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan sıxışdırmaq istəyir. Aydındır ki, rusların sülhməramlıları (RSK) indiki ərazilərdə varkən, bu, mümkün deyil və onlar gün keçdikcə rəsmi Bakıdan geosiyasi baxımdan asılı vəziyyətə düşürlər.

Rusiya öz nəzarətini saxlamaq istəyir, ona görə də çalışır ki, bir tərəfdən Xankəndi timsalında tramplin olsun, digər tərəfdən də Azərbaycanı tərəfdaş kimi onun stabil, dayanıqlı və sərfəliliyinə inandırsın.

Amma Rusiyanın, onun bütün isteblişmentinin, siyasi elitalarının, rəhbərliyinin mahiyyətini gözəl bilirik.

Bunu Ermənistanda da bilirlər.

İrəvanda gələcək ittifaqlar və əməkdaşlıqla bağlı bütün qərarlar artıq qəbul edilib. Rusiya bu planlara daxil deyil. Ancaq onunla birbaşa üzləşmək hələ də təhlükəlidir – bu o deməkdir ki, daha əlverişli ümumi vəziyyət yaranana qədər bu məsələyə bir növ sistemli və koordinasiyalı şəkildə nəzarət etmək lazımdır.
Yeni müharibəni Ermənistan özünə ən böyük təhdid sayır və bu baxımdan gərginliyi hərbi əməliyyatlar səviyyəsinə çatdırmamağa çalışacaq.

Qarabağlı ermənilərə gəldikdə isə, onlar separatizm ideyaları ilə vidalaşmalı olacaqlar.

Təbii, onlar inad edirlər – deyirlər ki, “heç kim Azərbaycanın tərkibində yaşamaq fikrində deyil, bu, heç müzakirə olunmur”.

Amma geosiyasi proseslərdə qarabağlı ermənilər aparan yox, aparılanlardır. Onların fikri böyük gücləri maraqlandırmır.

Nəticə etibarı ilə indiki vəziyyət sadəcə olaraq tərəflərə bir az daha çox vaxt satın aldı.

Buna görə də, indi mürəkkəb və problem kimi görünən problemin mümkün həlli ilə üstünlüyə çevrilməlidir. 

Bakı bunu anlayır və elə buna can atır.

Elçin Alıoğlu
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button