İdman
Musa Qurbanlıdan RAKET ZƏRBƏSİ – İlk qolun VİDEOsu
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk qolunu vurub.
Milli.Az xəbər verir ki, 21 yaşlı hücumçu ölkə kubokunda “Sandviken”ə qarşı keçirilən oyunda fərqlənib.
Səfər görüşünün 12-ci dəqiqəsində rəqib qapısına yol tapan gənc forvard komandasının ikinci qolunun müəllifi olub.
Qeyd edək ki, görüş “Yurqorden”in qələbəsi ilə başa çatıb – 5:1.
Milli.Az