Ölkə

“Mustafa Kamal Atatürk – 2023” təlimi gecə məhdudgörmə şəraitində

Cari ilin oktyabr ayının 23-25 tarixlərində Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər.

Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button